logo

ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağa səfər edəcəklər

20:31 03-10-2019 | icon 2282
ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağa səfər edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməyi planlaşdırırlar.

YeniAvropa xəbər verir  ki, bu barədə Moskvada keçirilən brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar bu ölkələrin nümayəndələri tərəfindən anons ediləcək: “Deyə bilərəm ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə razılaşdırıldığı kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar aparmaq, Dağlıq Qarabağ nizamlanması məsələsini müzakirə etmək üçün bölgəyə səfər etməyi planlaşdırırlar. Səfərin vaxtı dəqiqləşdirilir və biz bu barədə əlavə məlumat verəcəyik”, -deyə M.Zaxarova qeyd edib.