logo

Rafael Cəbrayılov deputat toxunulmazlığını itirdi

13:15 03-10-2019 | icon 2422
Rafael Cəbrayılov deputat toxunulmazlığını itirdi

Mərkəzi Seçki Komissiyasının (MSK) Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı qərarı bu gün qüvvəyə minib.

 YeniAvropa xəbər verir  ki, ununla da Rafael Cəbrayılov deputat toxunulmazlığını itirib.

Xatırladaq ki, Milli Məclisin deputatı Rafael Cəbrayılov borclarına görə məhkəməyə verilib. Belə ki, 9 sentyabr 2015-ci ildə deputat ev tikmək üçün 300 min dollar borc götürüb. Amma tezliklə borcu ödəyə bilmədiyi məlum olub. Bütün razılaşdırılmış müddətlər keçdikdən sonra Rafael Cəbrayılov III və IV çağırış Milli Məclisin deputatlıq vəsiqəsini girov qoymaq qərarına gəlib.

Qeyd edək ki,  Rafael Cəbrayılovun daha  bir neçə şəxsə də borclu olması barədə sosial şəbəkələrdə məlumatlar dolaşır..