logo

Bu gün “Qarabağ” UEFA Avropa Liqasında ikinci oyununu keçirəcək

10:51 03-10-2019 | icon 2849
Bu gün “Qarabağ” UEFA Avropa Liqasında ikinci oyununu keçirəcək

Oktyabrın 3-də Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək.

 YeniAvropa xəbər verir  ki,  rəqib Lüksenburqun “Düdelanj” klubudur. “Jozi Bartel” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oyunu  şotlandiyalı hakimlər briqadası idarə edəcək. Görüşün əsas referisi Con Biton olacaq. Ona həmyerliləri Daniel Makfarlan və Duqlas Potter kömək edəcəklər. Donald Robertson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Norveçli Yon Eylif Skyervold matçın hakim-inspektoru, avstriyalı Maykl Zoratti isə UEFA nümayəndəsi olacaq.

Xatırladaq ki, "A" qrupunda yer alan ağdamlıların digər rəqibləri Kiprin APOEL və İspaniyanın “Sevilya” komandalarıdır.

İlk turda “Qarabağ” öz meydanında “Sevilya”ya 3:0 hesabı ilə məğlub olub. “Düdelanj” isə səfərdə APOEL-ə qalib gəlib – 4:3.