logo

Teymur Rəcəbov dünya kubokunun finalında qalib gəldi

21:48 02-10-2019 | icon 238
Teymur Rəcəbov dünya kubokunun finalında qalib gəldi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib.

YeniAvropa xəbər verir  ki, T.Rəcəbov çinli rəqibi Dinq Lirenlə qarşılaşıb. Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə başa çatıb. Nəticədə təmsilçimiz ümumi hesabı bərabərləşdirib - 1.5:1.5.

Qeyd edək ki, finalçılar sabah sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də "tay-breyk" olacaq.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar. Ş.Məmmədyarov isə səkkizdəbir finalda komanda yoldaşı T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.