logo

İham Əliyev Almaniya prezidentini təbrik edib

18:10 02-10-2019 | icon 2303
İham Əliyev Almaniya prezidentini təbrik edib

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.    

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Məktubda deyilir:   

"Hörmətli cənab prezident,

Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Almaniya əlaqələri geniş spektri əhatə edir. Ölkələrimiz arasında konstruktiv siyasi dialoq, səmərəli iqtisadi əməkdaşlıq və humanitar mübadilələr qarşılıqlı münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir.

İnanıram ki, ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlığımız bundan sonra da davamlı şəkildə inkişaf edərək ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".