logo

Müdafiə sahəsində Azərbaycanın-Almaniya əməkdaşlığı müzakirə edilib

17:55 02-10-2019 | icon 2268
Müdafiə sahəsində Azərbaycanın-Almaniya əməkdaşlığı müzakirə edilib

Oktyabrın 2-də “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Bakı şəhərində hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.