logo

Ramil Quliyev dünya çempionatında beşinci oldu

16:48 02-10-2019 | icon 3010
Ramil Quliyev dünya çempionatında beşinci oldu

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev dünya çempionatında beşinci olub.

 YeniAvropa xəbər verir  ki,  29 yaşlı atlet 200 metr məsafəyə qaçış yarışında 20,07 saniyə nəticə göstərərək yarışı beşinci pillədə başa vurub. Bu növ üzrə qaçışda ABŞ təmsilçisi Noah Lyles 19,83 saniyə nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kanadalı Andre de Qrasse (19,95 saniyə) gümüş, ekvadorlu Aleks Quinonez (19,98) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, R.Quliyev 2017-ci ildə Londonda keçirilən dünya çempionatında ən yüksək nəticə göstərərək qızıl medala sahib olub.