logo

Novruz Məmmədov yeni fond yaratdı

13:33 02-10-2019 | icon 2555
Novruz Məmmədov yeni fond yaratdı

Baş nazir Novruz Məmmədov Dövlət Əməyin Mühafizəsi Fondunun (DƏMF) yaradılması haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, Nazirlər Kabinetinin saytında dərc olunan sərəncama əsasən, Fondun idarə edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdir.

Fondun vəsaiti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən, müəssisələrin və vətəndaşların könüllü ödəmələrindən və başqa ödəmələrdən toplanan mənbələr hesabına formalaşdırılır.

Fondun vəsaiti Nazirliyin büdcədənkənar xüsusi xəzinə hesabında yığılır və Nazirlik bu vəsaitlər üzərində sərəncam verir.