logo

6 ayda miqrantlar Rusiyadan Azərbaycana 0,5 milyard dollardək pul köçürüblər

22:30 01-10-2019 | icon 2625
6 ayda miqrantlar Rusiyadan Azərbaycana 0,5 milyard dollardək pul köçürüblər

2019-cu ilin ilk 6 ayında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 417 milyon dollar göndərilib. Eyni zamanda ilin birinci rübündə Rusiyadan olan köçürmələr 189 milyon dollar təşkil edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Rusiyanın Mərkəzi Bankının yaydığı hesabatda bildirilib.

Hesabatda qeyd olunur ki, Azərbaycana hər dəfə orta hesabla, təxminən, 300 dollar göndərilir.

Ümumiyyətlə, 2019-cu ilin birinci yarısında Rusiyadan MDB ölkələrinə 5,720 milyard dollar göndərilib. MDB ölkələri arasında ən yüksək göstərici Özbəkistandadır: ilin ilk altı ayı ərzində Rusiyadan bu ölkəyə 2 milyard dollardan çox pul köçürülüb.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı pul köçürmələrinin həcmini BLIZKO, CONTACT, "Western Union", "Zolotaya Korona", "Unistream" ödəniş sistemlərinin, eləcə də Rusiya poçtunun məlumatlarına əsasən hesablayıb.