logo

Sabah bir sıra rayonlarda qaz olmayacaq

21:20 01-10-2019 | icon 2667
Sabah bir sıra rayonlarda qaz olmayacaq

Oktyabrın 2-də saat 10:00-dan etibarən işlər başa çatanadək “Biləcəri (Sulutəpə)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Binəqədi rayonu, Sulutəpə və Xocasən qəsəbələrində qaz təchizatında fasilələr yaranacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda daha sonra bildirilib ki, sabah saat 08:30-dan 19:00-dək Qaz İxrac İdarəsi “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci kilometrliyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi işlərini icra edəcək. Bu zaman Yardımlı və Lerik rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq. Bundan başqa, idarənin “Şamaxı” Qaz Paylayıcı Stansiyasında aparacağı quraşdırma işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində də qaz fasilələrlə veriləcək.