logo

İlham Əliyev Gənclər Fonduna 4 milyon manat  ayırdı

19:15 01-10-2019 | icon 2352
İlham Əliyev Gənclər Fonduna 4 milyon manat  ayırdı

Prezident İlham Əliyev oktyabrın 1-də Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi üçün Gənclər Fonduna 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan 4 milyon manat vəsait ayrılıb.