logo

İlham Əliyev Yusif Məmmədəliyev adına NKPİ-nin  əməkdaşlarını təltif edib

18:10 01-10-2019 | icon 2492
İlham Əliyev Yusif Məmmədəliyev adına NKPİ-nin  əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev oktyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarınınn təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı birinci sərəncamla Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar elm xadimi”

Əlimərdanov Hafiz Mütəllim oğlu

Həsənov Arif Həsən oğlu

İbrahimov Hikmət Camal oğlu

“Əməkdar mühəndis”

Abdullayev Elmar Şahmar oğlu

Prezidentin imzaladığı ikinci sərəncamla Azərbaycanda neft-kimya elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Əliyeva Leylufər İmran qızı

Hacıyev Arif Şahmalı oğlu

Məmmədbəyli Eldar Hüseynqulu oğlu

Səidova Adilə Atakişi qızı

Süleymanov Samir Süleyman oğlu.

 

.