logo

Sabah Bakıda 10-cu Avropa Film Festivalı başlayır

17:50 01-10-2019 | icon 4599
Sabah Bakıda 10-cu Avropa Film Festivalı başlayır

Oktyabrın 2-də Bakıda 10-cu Avropa Film Festivalının açılışı olacaq.

YeniAvropa xəbər verir  ki, bu haqda  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildirilib. Qeyd edilib ki,  açılış mərasimi "Park Bulvar" ticarət mərkəzindəki "Park Sinema" da baş tutacaq. İlk gün iki film - Macar filmi “Saulun oğlu” və fin filmi “Son Sövdələşmə” təqdim ediləcək.

Festival çərçivəsində Latviyalı rejissor Viesturs Kairiş (3 oktyabr saat 19:00 Park Cinema, Alov Qüllələri) və 7 oktyabr saat 19:00 alman film rejissoru Veit Heymerdir (Park Cinema, Park Bulvar, zal 3) tamaşaçılar ilə filmdən sonra görüş keçirdəcəklər.