logo

İsveçrə bankları Azərbaycandan olan əmanətçiləri haqda məlumatları açıqlayacaq

17:14 01-10-2019 | icon 2303
İsveçrə bankları Azərbaycandan olan əmanətçiləri haqda məlumatları açıqlayacaq

İsveçrə bankları Azərbaycan da daxil olmaq şərtilə 19 ölkənin vətəndaşı olan müştəriləri haqqında məlumatları müvafiq ölkələrin hökumətlərinə təqdim edəcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə isveçrənin maliyyə naziri Uli Maurer məlumat verib.

Onun sözlərinə görə, İsveçrə korrupsiyaya, çirkli pulların yuyulmasına, vergilərdən yayınma hallarına qarşı mübarizəyə dair İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yeni standartlarını tətbiq etməyə boyun olduğu üçün xarici vergi idarələrinə avtomatik rejimdə məlumat ötürmək məcburiyyətindədir: "Əks təqdirdə ölkə sanksiyalarla üzləşə bilər, bundan isə ilk növbədə iqtisadiyyata ziyan dəyəcək”.

Ümumiyyətlə, məlumatların 2020-ci ilin yanvar ayından toplanacağı, 2021-ci ilin əvvəlində aidiyyatı ölkələrin hökumətlərinə göndəriləcəyi nəzərdə tutulur.