logo

Bu gündən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb

16:58 01-10-2019 | icon 2660
Bu gündən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb

Oktyabrın 1-dən etibarən Slovakiya Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyətə başlayır.

 YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, bu münasibətlə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Elçin Qasımov ilə görüşüb.

Görüşdə Elçin Qasımov Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı Pərvin Mirzəzadəyə təqdim edib. Notada bildirilir ki, bu gündən etibarən  Slovakiya Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyətə başlayır.

Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsinə və irəlilədilməsinə təkan verəcəyini bildirib.