logo

Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunda iştirak edəcək

16:30 01-10-2019 | icon 2751
Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunda iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Rusiyada səfərə gedib.

Energetika Nazirliyindən  YeniAvropa-ya bildirilib ki, nazir P.Şahbazov Rusiyanın energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvaya səfər edib.

Belə ki, Pərviz Şahbazov oktyabrın 3-də Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 21-ci Nazirlər Görüşündə, həmçinin “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək.

Energetika nazirinin hər iki tədbirdə çıxışı nəzərdə tutulub.