logo

İlk dəfə Respublika toxum sərgi-satış yarmarkası keciriləcək

15:32 01-10-2019 | icon 350
İlk dəfə Respublika toxum sərgi-satış yarmarkası keciriləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmərlər Agentliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq Respublika toxum sərgi-satış yarmarkası keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən  YeniAvropa -ya bildiriblər ki, oktyabrın 4-də Hacıqabul rayonunda keçiriləcək yarmarkada Aqrar Xidmərlər Agentliyinin rəhbərliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edəcəklər.

Yarmarkanın keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin təşkili, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

Sərgidə əsasən dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdiriləcək.

Sərgi çərcivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq.