logo

Zakir Həsənov “Qafqaz Qartalı-2019” təlimlərində iştirak edib

15:13 01-10-2019 | icon 2352
Zakir Həsənov “Qafqaz Qartalı-2019” təlimlərində iştirak edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, Türkiyə, Gürcüstan və Pakistandan olan yüksək səviyyəli qonaqlar Bakıda keçirilən “Qafqaz Qartalı-2019” birgə təlimləri çərçivəsində baş tutan “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, nazirə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimlərin gedişi barədə məruzə edilib.

Sonra təlimin döyüş atışlı mərhələsində aviasiya vasitələrinin dəstəyi ilə ərazidə xüsusi təyinatlı bölmələr tərəfindən müxtəlif tapşırıqlar icra olunub.

Birgə təlimin yekunlarını təhlil edən Müdafiə naziri təlimlərdə iştirak edən hərbi qulluqçuların döyüş hazırlığını yüksək qiymətləndirib və keçirilən təlimlərin ölkələrimizin, o cümlədən strateji əhəmiyyətli regional layihələrin təhlükəsizliyi baxımından vacibliyini diqqətə çatdırıb. Müdafiə naziri təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu vurğulayıb. Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq hər üç ölkənin xüsusi təyinatlılarının təlimlərinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu bildirib.

Sonda Müdafiə naziri təlimdə təmsil olunan ölkələrin nümayəndələrinə hədiyyələr təqdim edib.