logo

Hazırda korrupsiyaya faktı üzrə 127 cinayət işi istintaq olunur

12:48 01-10-2019 | icon 2450
Hazırda korrupsiyaya faktı üzrə 127 cinayət işi istintaq olunur

Bu ilin doqquz ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib.

 YeniAvropa xəbər verir  ki, bu fikirləri jurnalistlərə müsahibəsində baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror qeyd edib ki, bu prosesdə dövlətə dəymiş 18 milyon manata yaxın ziyan ödənilib. Hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur.