logo

Sabah Bakıda qısamüddətli yağış yağacaq, 25° isti olacaq

12:20 01-10-2019 | icon 2534
Sabah Bakıda qısamüddətli yağış yağacaq, 25° isti olacaq

Ölkə ərazisində oktyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19°, gündüz 22-26° isti, Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 24-29° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 2-də Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.