logo

Azərbaycan Almaniyaya üçün strateji əhəmiyyətli ölkədir

11:57 30-09-2019 | icon 2541
Azərbaycan Almaniyaya üçün strateji əhəmiyyətli ölkədir

"Azərbaycan bizim üçün strateji əhəmiyyətli ölkədir. Almaniyaya neft təchizatına görə o, 5-ci yeri tutur".

YeniAvropa xəbər verir  ki, bu barədə  Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuat konfransında deyib.

Diplomat son vaxtlarda yüksək səviyyəli qarşılıqlı səfərlərin edildiyini xatırladıb və bunun ikitərəfli əməkdaşlığın gücləndirilməsinə kömək etdiyini bildirib.

Səfir qeyd edib ki,  iki ölkə xalqları arasında münasibətlər də az əhəmiyyət daşımır. 

"Bu gün Almaniyada 25 minə yaxın azərbaycanlı yaşayır. 1400-ə yaxın azərbaycanlı tələbə ölkəmizdəki universitetlərdə təhsil alır", - deyə səfir Volfqanq Maniq bildirib