logo

Həsən Ruhani Ermənistana səfərə gedir

22:36 29-09-2019 | icon 3150
Həsən Ruhani Ermənistana səfərə gedir

İran prezidenti Həsən Ruhani sabah Ermənistana səfər edəcək.

YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki,  İran prezidenti sabah Yerevanda öz işinə başlayacaq Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün bu ölkəyə yola düşəcək. 

Səfər çərçivəsində İran prezidentinin Ermənistanda bir sıra digər görüşlər də keçirəcəyi planlaşdırılır.

Qeyd edək ki, Avrasiya İqtisadi Şurasının iclası 30 sentyabr-1 oktyabr tarixlərində Ermənistanda keçiriləcək.

Xatırladaq ki, Avrasiya İqtisadi Şurasında Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus təmsil olunurlar. İran bu qurumda müşahidəçi statusu ilə təmsil olunur