logo

Cüdo yığmamızı tarixində ilk dəfə dünya çempionatının finalına yüksəlib

17:29 29-09-2019 | icon 2807
Cüdo yığmamızı tarixində ilk dəfə dünya çempionatının finalına yüksəlib

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin komanda yarışlarında Azərbaycan millisi tarixində ilk dəfə finala çıxıb.

YeniAvropa xəbər verir  ki, yığmamız Çin Taypeyi, Avstraliya və Rusiya komandalarına qalib gəlib. Həlledici görüşdə rəqib Yaponiya olacaq.

Qeyd edək ki, fərdi yarışda Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medala sahib çıxıb.