logo

Azərbaycan "G77" qrupunun üzvü olub

10:58 29-09-2019 | icon 2478
Azərbaycan "G77" qrupunun üzvü olub

Dünən Azərbaycan 77 Qrupunun (G77) üzvü oldu və ölkəmiz iqtisadi əməkdaşlığı təşviq etmək yolu ilə bu qurumun dayanıqlı inkişafı təmin etmək işinə fəal şəkildə töhfə verməyə hazırdır. 

 YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-də Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi müzakirələrində çıxışı zamanı məlumat verib.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan davamlı iqtisadi artımını qoruyub saxlayıb və vətəndaşlarımızın həyat standartlarının yaxşılaşdırılması istiqamətində ardıcıl səylərini davam etdirib. "İqtisadi inkişaf proqramlarının uğurlu icrası sayəsində son 15 ildə Azərbaycan iqtisadiyyatı ümumi daxili məhsulun 3,3 dəfə artması ilə dünya miqyasında rekord səviyyədə inkişaf edib. Həmin dövrdə sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları isə 24 dəfə artaraq 45 milyard dollaradək təşkil edib",-deyə E.Məmmədyarov vurğulayıb.