logo

Binəqədidə  11 yaşlı qız  1 otaqlı evlə birlikdə yandı

10:39 29-09-2019 | icon 3724
Binəqədidə  11 yaşlı qız  1 otaqlı evlə birlikdə yandı

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 kvadratmetr olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

 YeniAvropa Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.