logo

İranda 11 tondan çox narkotik maddə müsadirə olunub

19:51 28-09-2019 | icon 2597
İranda 11 tondan çox narkotik maddə müsadirə olunub

İran polisi və təhlükəsizlik qüvvələri müxtəlif şəhərlərdə narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizəni davam etdirir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Xorasan vilayətində 1,5 ton narkotik maddə müsadirə edilib.

Vilayətin polis rəisi, general Məhəmməd Kazımi bildirib ki, əməliyyat nəticəsində 7 nəfər həbs edilib. Şəhərin ayrı-ayrı məhəllələrində narkotik maddələrin satışı məntəqələri aşkarlanaraq ləğv edilib.

General deyib ki, Xorasan vilayəti Əfqanıstan və Türkmənistan ilə sərhəd bölgəsində yerləşir. Ötən səkkiz ay ərzində təkcə bu vilayətdə 11,3 ton narkotik vasitə müsadirə edilib. Narkotik vasitələr qaçaqmalçılıq yolu ilə İrana, buradan isə Avropa ölkələrinə daşınır.

M.Kazımi qaçaqmalçılıqla mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildirib.