logo

İTV-dəki yanğında 2 nəfər tüstüdən zəhərlənib

11:59 28-09-2019 | icon 2646
İTV-dəki yanğında 2 nəfər tüstüdən zəhərlənib

Dünən gecə saatlarında “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında baş verən yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənib.

YeniAvropa xəbər verir  ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, binadakı yanğınla bağlı saat 00:19 Təcili Tibbi Yardıma çağırış daxil olub. Tüstüdən zəhərlənən iki kişinin birinə hadisə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsinə gətirilib, lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.