logo

Həsən Ruhani: BMT-nin mənzil-qərargahı daha təhlükəsiz şəhərə köçürülməlidir

22:40 27-09-2019 | icon 273
Həsən Ruhani: BMT-nin mənzil-qərargahı daha təhlükəsiz şəhərə köçürülməlidir

BMT-nin mənzil-qərargahı daha təhlükəsiz şəhərə köçürülməlidir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikri İranın prezidenti Həsən Ruhani Nyu-Yorkda xarici KİV nümayəndələrinə müsahibəsində səsləndirib. O bildirib ki, BMT-nin qərargahı sülh evidir və burada dövlət rəsmilərinə ABŞ-ın təzyiq etməyə ixtiyarı yoxdur. ABŞ BMT–yə üzv dövlətlərin nümayəndələrinin Nyu-Yorka gəlməsini qadağan etməklə beynəlxalq konvensiyaları və qanunları kobudcasına pozur.

Xatırladaq ki, sentyabrın 18-də Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası başlayıb. ABŞ İran nümayəndə heyətinin bir çox üzvlərinə viza verməkdən imtina edib. Bununla yanaşı, Prezident Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də vizanı vaxtında almayıblar. Məsələ öz həllini BMT-nin Baş katibi Antonio Quterreşin müdaxiləsindən sonra tapıb. Onu da qeyd edək ki, Həsən Ruhaniyə Nyu-York şəhərini gəzmək ABŞ hökuməti tərəfindən qadağan edilib. O, yalnız BMT-nin qərargahında qalıb.