logo

Ukrayna XİN-i vətəndaşlarına Dağlıq Qarabağa səfərlə bağlı müraciət edib

21:13 27-09-2019 | icon 210
Ukrayna XİN-i vətəndaşlarına Dağlıq Qarabağa səfərlə bağlı müraciət edib

Ukrayna Xarici İşlər Nazirliyi vətəndaşlarına Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməmələri barədə müraciət edib.

 YeniAvropa xəbər verir  ki, Ukrayna XİN bu gün rəsmi saytında yaydığı məlumatda bir daha ölkə vətəndaşlarına xarici dövlətlərə səfər edərkən diqqətli olmalarını xatırladıb.

“Ukrayna Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı olaraq dəstəkləyir. Azərbaycan dövlətinin icazəsi olmadan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən hər bir ukraynalı bu ölkənin qanunvericiliyinə əsasən inzibati və cinayət məsuliyyəti daşıyır”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən uzun illərdir işğal altında saxlanılır.