logo

Türkiyədəki zəlzələ mobil telefon şəbəkəsində problemlər yaradıb

15:10 27-09-2019 | icon 2737
Türkiyədəki zəlzələ mobil telefon şəbəkəsində problemlər yaradıb

Sentyabrın 26-da İstanbulda baş verən güclü zəlzələ Türkiyədə mobil telefon operatorlarının işində ciddi problemlər yaradıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ölkədə 3 əsas mobil operator – “Vodofone”, “TürkTelekom” və “Türkcell” fəaliyyət göstərir. Yeraltı təkandan dərhal sonra problem əsasən “TürkTelekom” və “Türkcell” operatorlarının fəaliyyətində müşahidə olunub. Hər iki şirkət yaranmış çətinliyi zənglərin sayının dinamik artımı ilə əlaqəli olduğuna dair açıqlama yayıblar. İnternet fəaliyyətində də axsamalar müşahidə olunub. Hazırda ölkə üzrə ümumi rabitə sistemi sürətlə bərpa olumaqdadır.