logo

Azərbaycan Almaniya iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyub

11:56 27-09-2019 | icon 2709
Azərbaycan Almaniya iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyub

İndiyədək Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 615 milyon dollar investisiya yatırılıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 27-də Bakıda keçirilən Almaniya-Azərbaycan biznes forumunda deyib.

“Bu investisiyaların 96 faizi qeyri-neft sektorunun payına düşüb. Eyni zamanda, Azərbaycan Almaniya iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyub”, - deyə nazir müavini bildirib.