logo

Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

21:59 26-09-2019 | icon 2520
Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, tədbirdə çıxış edən Azərbaycan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə danışaraq bu istiqamətdə münasibətlərin inkişaf etdiyini vurğulayıb.

Tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirib və 2020-ci il üçün əsas fəaliyyət istiqamətlərini müəyyən ediblər.

Görüşün sonunda “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasının Protokolu” imzalanıb.