Nyu-Yorkda GUAM xarici işlər nazirlərinin 34-cü iclası keçirilib
Sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM xarici işlər nazirlərinin 34-cü iclası keçirilib.
YeniAvropa xəbər verir ki, iclasda Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov, Gürcüstanın xarici işlər naziri D.Zalkaliani, Moldova Respublikasının xarici işlər və Avropa İnteqrasiyası naziri N.Popesku, Ukraynanın xarici işlər naziri V.Pristayko (toplantının sədri qismində) və GUAM təşkilatının baş katibi A.Əfəndiyev iştirak ediblər.
İclasda GUAM formatında siyasi qarşılıqlı fəaliyyət məsələləri, parlamentlərarası əməkdaşlığa dair kompleks məsələlər, sahəvi əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də digər tərəfdaş ölkələrlə əməkdaşlıq və s. məsələlər müzakirə olunub.
Xarici işlər nazirlərinə baş katib tərəfindən beynəlxalq səviyyədə GUAM nəqliyyat koridorlarının irəlilədilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib və bu xüsusda birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Nazirlər energetika üzrə işçi qrupunun iclasının və onun nəticələrinə uyğun olaraq yüksək səviyyəli görüşün təşkil edilməsinin vacibliyini nəzərə alıblar.
İclasda, həmçinin GUAM-a üzv dövlətlərin xarici işlər nazirlikləri nəzdində yaradılmış Diplomatik akademiyaların rəhbərlərinin görüşlərinin nəticələri, eləcə də əməkdaşlığın mədəni-humanitar ölçüsünün inkişafı və bu xüsusda gənclər və idman sahəsində tədbirlərin həyata keçirilməsi müzakirə edilib.
Xarici İşlər nazirləri GUAM-ın digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini nəzərdən keçirib, bu xüsusda GUAM Katibliyinin Dünya Turizm Təşkilatının Katibliyi ilə əməkdaşlığının qurulmasına dəstək ifadə ediblər.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir