logo

Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərləri Tbilisidə görüşəcəklər

17:10 26-09-2019 | icon 2604
Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərləri Tbilisidə görüşəcəklər

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşü oktyabrda Tbilisidə keçiriləcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov və David Zalkalianinin BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirdikləri görüşdə razılıq əldə olunub.

Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığının inkişaf perspektivləri, regional məsələlər, o cümlədə irimiqyaslı regional layihələr müzakirə ediləcək.

Məlumat üçün qeyd edək ki, hər üç ölkənin xarici işlər nazirləri arasında sonuncu görüş 2018-ci il oktyabrın 29-da İstanbulda keçirilib.

Məlumata görə, növbəti üçtərəfli görüş oktyabrın 16-na nəzərdə tutulub.