logo

Sankt-Peterburqda Azərbaycan Şərab Evi açılacaq

13:48 26-09-2019 | icon 2667
Sankt-Peterburqda Azərbaycan Şərab Evi açılacaq

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Şərab Evinin açılması planlaşdırılır.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib.

"Hazırda bu istiqamətdə işlər görülür. Düşünürəm ki, noyabrın sonu - dekabrın əvvəlində Sankt-Peterburqda Şərab Evinin açılışı baş tutacaq", - deyə Y.Abdullayev qeyd edib.