logo

Vladimir Zelenski BMT Baş Assambleyasında çıxış edib

20:41 25-09-2019 | icon 238
Vladimir Zelenski BMT Baş Assambleyasında çıxış edib

Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda, BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi debatları gedişində Ukraynada, eləcə də bütün dünyada müharibəni dayandırmağa çağıran nitqlə çıxış edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Ukrayna prezidenti opera müğənnisi Vasili Slipakın ölümünə səbəb olmuş gülləni nümayiş etdirib.

O deyib: “Onun sadəcə karyerasına deyil, həyatına da son qoyan 12,7 millimetr. Bax bunun qiyməti 10 dollardır. Təəssüf ki, bu gün planetimizdə insan həyatının dəyəri budur. XXI əsrə xoş gəldik. Bu imkanlar əsrində sizin eşidilmək əvəzinə öldürülmək imkanınız var”.

Prezident Ukraynanın sivil yolla sülhü təmin etməyə hazır olduğunu dünyaya nümayiş etdirmək arzusunda olduğunu bəyan edərək bildirib ki, hazırda onun ölkəsinin əsas məqsədi müharibəni insan həyatı bahasına deyil, sülh yolu ilə dayandırmaqdır.

O vurğulayıb ki, XXI əsrdə dövlətlər arasında münaqişələri danışıqlar yolu ilə deyil, müharibə ilə həll etmək anormal haldır.

Ukrayna prezidenti Vladimir Zelenski deyib: “Yaşadığımız müasir dünyada daha özgəsinin müharibəsi yoxdur. Ukraynada müharibə gedəndə, Avropada müharibə gedəndə sizin heç biriniz özünü təhlükəsiz hiss edə bilməz. Bütün bunların sizə dəxli olmadığı və heç vaxt da olmayacağı barədə fikir bədbəxtlik gətirə bilər”.