Bakıda IV Avrasiya Ədəbiyyat Festivalı keçiriləcək
Sentyabrın 30-dan oktyabrın 4-dək Bakıda IV “LiFFt” Avrasiya Ədəbiyyat Festivalı keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edilib ki, beynəlxalq tədbirə 52 ölkədən 150-dək yazar qatılacaq. Festivalın prezidenti, avanqard şair Marqarita Al deyib ki, adətən ədəbiyyat festivalları 5-6 yazıçının iştirakı ilə diqqət çəkdiyi halda, Bakı festivalına 30-dan çox tanınmış yazar qatılır. Bu da festivalın çox yüksək reytinqindən xəbər verir.
Festival təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondudur. Layihənin Azərbaycan tərəfdən təşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, nazirliyin “Söz” ədəbi layihəsi və Bakı Kitab Mərkəzidir. BMT-nin himayəsi ilə gerçəkləşən tədbirə UNİCEF uşaq təşkilatı da dəstək verir.
Festivala Türkiyə, Macarıstan, Polşa, Braziliya, Rusiya, Fransa, Slovakiya, ABŞ, Qazaxıstan, Monqolustan, Almaniya, Yaponiya Çexiya, İsrail - ümumilikdə 50-dən çox ölkədən yazarların qatılacağı gözlənilir. Həmçinin ölkəmizdən iştirakçı və qonaq qismində 60 yazıçı, şair, tənqidçi, ədəbiyyatşünas iştirak edəcək.
Festivalın Azərbaycan üzrə spikerləri xalq yazıçıları Anar, Elçin, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq Məsud, Natiq Rəsulzadə, akademik Nizami Cəfərov, kinodramaturq, Xalq artisti Ramiz Fətəliyevdi. Tədbirin ölkəmiz üzrə koordinatorları yazıçı, III “LiFFt” festivalının qalibi Varis Yolçuyev, şair, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, Bakı Kitab Mərkəzinin direktoru, yazıçı Günel Rzayeva və yazıçı, professor Əlibala Məhərrəmzadədir.
Festivalda çağdaş ədəbiyyat məsələləri 7 plenar iclasda müzakirə olunacaq. Eləcə də ədəbi-bədii gecələr, dəyirmi masalar və kitab təqdimatları keçiriləcək.
Ədəbiyyat bayramının açılış mərasimi oktyabrın 1-i saat 10.00-da, bağlanışı oktyabrın 3-də saat 19.00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.
Xatırladaq ki, 2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən III “LiFFt” festivalında 27 ölkədən müəlliflər arasında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan bu il tədbirə Bakı ev sahibliyi edəcək. Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə festivalın Təşkilat komitəsi builki festivalın İmadəddin Nəsimiyə ithaf olunması barədə qərar qəbul edib.
Festivalda iştirak etmək istəyənlər özləri haqqında zəruri məlumatları [email protected] elektron ünvanına göndərməklə Təşkilat komitəsindən dəvətnamə əldə edə bilərlər.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir