logo

Qubada ənənəvi Alma bayramı keçiriləcək

16:47 25-09-2019 | icon 2835
Qubada ənənəvi Alma bayramı keçiriləcək

Qubada ənənəvi Alma bayramına hazırlıq işlərinə başlanılıb.

 YeniAvropa xəbər verir  ki,bu barədə Quba RİH-dən bildirilib. Qeyd edilib ki, , bu il Alma bayramı oktyabr ayında şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq. Bayramın hansı gündə keçiriləcəyi barədə əlavə məlumat veriləcək.

2012-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən Alma bayramına xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılacaqlar.

Alma bayramında adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdiriləcək. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzi əks olunacaq.

Bayram çərçivəsində ən böyük alma və digər nominasiyalar üzrə qaliblər mükafatlandırılacaq.