logo

Soçidə QDİƏT Parlament Məclisinin komitə iclası keçirilir

14:24 25-09-2019 | icon 238
Soçidə QDİƏT Parlament Məclisinin komitə iclası keçirilir

Rusiya Federasiyasının Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin 54-cü iclası keçirilir.

 YeniAvropa xəbər verir  ki, iclasda Milli Məclisin deputatı, Azərbaycanın QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri, QDİƏT PM-in sədr müavini, qurumun Hüquqi və siyasi məsələlər komitəsinin sədr müavini Eldar Quliyev və deputat İlham Əliyev iştirak edirlər.

Tədbirdə nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev “Qara Dəniz İqtisadi Əməkdaşlığı regionunda nəqliyyat marşrutlarının hüquqi və siyasi aspektləri” mövzusunda çıxış edib.

Qeyd edək ki, sentyabrın 25-i və 26-sı tarixlərində keçiriləcək iclaslarda müxtəlif mövzular üzrə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.