logo

Özbəkistan prezidenti gələn ay Azərbaycana səfər edəcək

12:10 25-09-2019 | icon 2275
Özbəkistan prezidenti gələn ay Azərbaycana səfər edəcək

Özbəkistan prezidenti Şövkət Mirziyoyev gələn ay Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türk Şurasının 7-ci Zirvə toplantısı oktyabrın 15-də Bakıda keçiriləcək.

Xatırladq ki, Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridirlər. Özbəkistan bu ildən Türk Şurasına üzv olub. Daha bir neçə ölkə təşkilatın iclaslarında müşahidəçi qismində iştirak edir.