logo

Ərdoğan BMT tribunasından Azərbaycan torpaqlarının işğalından danışdı

21:47 24-09-2019 | icon 2345
Ərdoğan BMT tribunasından Azərbaycan torpaqlarının işğalından danışdı

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır.

YeniAvropa xəbər verir  ki, bu fikri BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir”, - deyə prezident vurğulayıb. Qeyd edib ki, Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır.