logo

Alman sahibkarlar Bakıda əməkdaşlıq məsələlərini müzakirə edirlər

20:38 24-09-2019 | icon 2814
Alman sahibkarlar Bakıda əməkdaşlıq məsələlərini müzakirə edirlər

Sentyabrın 24-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) “COMMIT Project Partners GmbH” təşkilatı ilə sıx əməkdaşlığı çərçivəsində alman şirkətlərindən ibarət nümayəndə heyəti ilə B2B formatında görüşlər keçirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə “AHK Azərbaycan”dan bildirilib. Qeyd edilib ki, ölkələrimiz arasındakı iqtisadi əlaqələrin dinamik inkişafı istiqamətində növbəti addım olaraq, Almaniya Federativ Respublikası İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə alman iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edib. Dördgünlük biznes səfərinin ilk günü bank sektoru, sənaye təchizatı və xidmətləri, texniki və elektrik sınaq avadanlıqları, təhlükəsizlik və nəzarət sistemləri və digər sahələrdə fəaliyyət göstərən Almaniya və Azərbaycan iş adamları arasında B2B görüşləri baş tutub. Alman nümayəndə heyətinin gündəliyində qarşıdakı üç gün ərzində Azərbaycan hökumətinin və dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, eləcə də yerli özəl şirkətlərin rəhbərləri ilə üzbəüz görüşlər nəzərdə tutulub.

Bundan əlavə, sentyabrın 27-də Sənaye və infrastrukturun modernləşdirilməsi üzrə ənənəvi Alman-Azərbaycan biznes forumunda alman şirkətlərinin iştirakı gözlənilir. Nümayəndə heyətinin səfəri sentyabrın 28-də başa çatacaq.