logo

ABŞ İran prezidentinin Nyu-Yorkda hərəkət imkanını məhdudlaşdırıb

16:55 24-09-2019 | icon 273
ABŞ İran prezidentinin Nyu-Yorkda hərəkət imkanını məhdudlaşdırıb

ABŞ hakimiyyəti BMT Baş Assambleyası zamanı İran prezidenti Həsən Ruhaninin Nyu-Yorkda hərəkət etmək imkanını məhdudlaşdırıb.

YeniAvropa xəbər verir  ki, bu barədə "Fars" agentliyi xəbər yayıb.

Məlumatda deyilir ki,  Ruhani Manhettendə yerləşən BMT qərargahını təkbaşına tərk edə bilməz. Bundan əlavə, o, oteldə qalmaq üçün xüsusi icazə alıb.

Xatırladaq ki, ABŞ hakimiyyəti ötən həftə  BMT sessiyasında iştirak edəcək İran nümayəndə heyətinin əksər üzvlərinə viza verməkdən imtina edib. yalnız İran prezidentinə və xarici işlər naziri Məhəmməd Cavad Zərifə BMT Baş Assambleyasında iştirak etmək üçün viza verilib.

İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi jurnalistlərə müsahibəsində ABŞ-ın bu addımını ən sadə beynəlxalq normalara zidd olduğunu deyib.

"Beynəlxalq təşkilatın qərargahının bu və ya digər dövlətin ərazisində olması həmin dövlətə üstünlük vermir. Beynəlxalq razılaşmalara və konvensiyalara hamı əməl etməlidir. Məhz bu səbəbdən də  prezident ABŞ-a getməkdə  tərəddüd edirdi. Lakin sonradan qərara aldı ki, İran xalqının səsi BMT tribunasından səslənməlidir və dünya birliyi həqiqətin nədən ibarət olduğunu görməlidir. Həqiqət isə ondan ibarətdir ki, rəsmi Vaşinqton BMT qərargahının ABŞ ərazisində yerləşməsindən sui-istifadə edir",-deyə Ə.Rəbbi əlavə edib.