Sabah Bakıda 27° isti olacaq
Ölkə ərazisində sentyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19°, gündüz 24-27° isti, Bakıda gecə 17-19°, gündüz 25-27° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 25-30° isti, dağlarda gecə 3-8°, gündüz 14-19° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 25-30° isti olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 14-19° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 25-29° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 20-25° isti, dağlarda gecə 2-6°, gündüz 12-17° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 25-30° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-19°, gündüz 21-26° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacaq.
İran və Azərbaycan Ərdəbildə birgə sənaye şəhərciyi inşa edəcəklər
Ərdoğan: "Bu il Türkiyəyə 46 milyondan çox turist gəlib"
Azərbaycan deputatları Avronest PA-da iştirak edəcəklər
Tehranda və Bakıda əl işlərindən ibarət sərgilər təşkil olunacaq
Azərbaycan XİN-i Ukrayna xalqına başsağlığı verdi
Sabah Bakıda yağış yağacaq, 10° isti olacaq
Deputat Yevda Abramovun Qubada dəfn olunub
Nə prezident, nə qızı növbəti seçkilərə qatılacaq
İcra nümayəndəsi qəza törətdi, həyat yoldaşı öldü
Ermənilər atəşkəs rejimini 23 dəfə pozublar
Bakıda metrostansiyası çökə bilər-real təhlükə var
Tərcümənin səhv olduğunu anlayan Putin almanca danışdı
Şahin Mustafayevə daha bir vəzifə verildi
Deputatlar AŞ PA-nın Büro və Komitə iclaslarına qatılacaqlar
Hərbi attaşelərin toplantısı keçirilib
Magistrların sayını Nazirlər Kabineti müəyyənləşdirəcək
Rusiya və Türkiyə hərbi polisi Suriyada növbəti birgə patrula başlayıb
Ana Vətən Partiyası parlament seçkilərində iştirak edəcək
Xəzərdə ən dərin quyu “Abşeron” yatağında qazılıb-7411 metr !
Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Çində dünyanın ilk relssiz "ağıllı" tramvay istifadəyə verilib
Deputat olmaq istəyənlər 21 dekabrı gözləməlidirlər
Sinoptiklərdən qar xəbərdarlığı
Sabah Bakıda arabir yağış yağacaq,11° isti olacaq