logo

Astarada çəltik emalı zavodu istifadəyə verilib

13:31 24-09-2019 | icon 2856
Astarada çəltik emalı zavodu istifadəyə verilib

Astarada  Çindən gətirilmiş ən müasir avadanlıqla təchiz olunan çəltik emalı zavodu istifadəyə verilib.

 YeniAvropa xəbər verir  ki, “İmanna” MMC-nin inşa etdiyi çəltik emalı zavodunun ümumi ərazisi 500, tikinti sahəsi isə 300 kvadratmetrdir. Müəssisənin inşasına 2018-ci ilin iyununda başlanılıb. Zavodun gündəlik emal gücü 40, çəltik qurutma gücü isə 10 tondur.

Çəltik məhsulunun emalının başlıca tələblərindən biri nəzərdə tutulan bütün texniki proseslərin vaxtında və keyfiyyətlə həyata keçirilməsidir. Əvvəllər kifayət qədər qurumayan çəltiyin xeyli hissəsi sıradan çıxır, düyünün keyfiyyəti aşağı düşürdü. İstifadəyə verilən çəltik emalı zavodunda isə emal prosesi müasir tələblərə cavab verir və bu kimi hallar olmayacaq.

Zavodun məhsul yığımı kampaniyası dövründə istifadəyə verilməsi fermerlər və məhsul istehsalçıları tərəfindən böyük razılıqla qarşılanıb. Onlar çəltik sahələrindən yığılan məhsulları birbaşa emal müəssisəsinə gətirirlər.

“İmanna” MMC-nin, həmçinin 100 hektar çəltik sahəsi var. Bu il müəssisənin çəltik sahələrinin hər hektarından 35-40 sentner məhsul götürülməsi proqnozlaşdırılıb.

Rayonda çəltikçiliklə məşğul olan fermerlər və təsərrüfat sahibləri yeni emal müəssisəsinin istifadəyə verilməsini ölkəmizdə aqrar sahənin, o cümlədən çəltikçiliyin inkişafına göstərilən dövlət dəstəyi kimi dəyərləndirirlər.