logo

Xəzərin Hüquqi Statusu Rusiya Federasiya Şurasında müzakirə ediləcək

22:11 23-09-2019 | icon 2072
Xəzərin Hüquqi Statusu Rusiya Federasiya Şurasında müzakirə ediləcək

Rusiya Federasiya Şurası Xəzər dənizinin Hüquqi Statusu haqqında Konvensiyanın ratifikasiyasını sentyabrın 25-də müzakirə edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu gün Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi Konvensiyanı ratifikasiya etməyi Dövlət Dumasının yuxarı palatasına tövsiyə edib. Yuxarı palata Konvensiyanı sentyabrın 25-də müzakirə edəcək.

Komitənin sədri Konstantin Kosaçyov iclasda çıxış edərək bildirib ki, Konvensiyanın ərsəyə gəlməsi üçün xəzəryanı dövlətlər tərəfindən böyük iş görülüb və komitə Konvensiyanın ratifikasiya edilməsini tövsiyə edir.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Konvensiyanın müzakirəsindəki çıxışında Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi üçün bütün hüquqi əsasların olduğunu bildirib. O deyib ki, Xəzər regionunda təhlükəsizliyi təmin etmək üçün yetərincə mexanizimlər var. Xəzərin Hüquqi Statusu haqqında Konvensiyadan əlavə, təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığa dair saziş də mövcuddur.

Səfir qeyd edib ki, ötən il Aktauda keçirilən V Xəzər Sammitində bu sazişə bir neçə protokol, o cümlədən terrorizmlə mübarizə sahəsində əməkdaşlığa dair protokol imzalanıb.

İ.Bratçikovun sözlərinə görə, xəzəryanı dövlətlər Konvensiyanı imzalamaqla, kənardan təzyiqlərə baxmayaraq, mürəkkəb beynəlxalq məsələləri birgə həll etməyi bacardıqlarını nümayiş etdirdilər.