logo

“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub

18:20 23-09-2019 | icon 2660
“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti ölkənin bir sıra nüfuzlu şirkəti, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 21-də Buzovna çimərliyi ərazisində genişmiqyaslı “Xəzəri qoruyaq” şüarı ilə keçirilən təmizlik aksiyasına qoşulub.

YeniAvropa xəbər verir  ki,hər il sentyabrın 21-də dünyanın 100-dən çox ölkəsində təşkil olunan təmizlik aksiyalarında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. Azərbaycanda Beynəlxalq Sahilyanı Təmizlik Günü 9 ildir qeyd olunur. Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır.

Bu beynəlxalq ekoloji aksiyanın təşkilatçıları qismində ənənəvi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN xidmət”, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, “Bakcell”, “Coca-Cola” şirkətləri çıxış edib, aksiyanın partnyorları sırasında isə “AzEkol” və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıb.

“Bakcell” şirkəti Azərbaycanda sahilyanı təmizlik aksiyasına qoşulan ilk iki böyük şirkətdən biri olub. Artıq bir neçə ildir ki, biz bu aksiyanı təşkil edirik. Həm əməkdaşlarımızı, həm də tərəfdaşlıq etdiyimiz şirkətlərin nümayəndələri, könüllüləri və tələbələri bu aksiyaya qoşulmağa çağırırıq. İlk illərə nisbətən hazırda aksiyaya cəlb olunan insanların sayında böyük fərq var. Bu aksiyadan başqa “Bakcell” şirkəti il ərzində müxtəlif digər təmizlik aksiyalarını dəstəkləyir. Bizim üçün çox sevindirici haldır ki, artıq belə aksiyalara dövlət qurumları, çoxsaylı şirkətlər qoşulur. Uzunmüddətli perspektivdə bu aksiyaları dəstəkləməyə davam edəcəyik”, - deyə “Bakcell” şirkətinin PR və Korporativ kommunikasiyalar direktoru Süheylə Cəfərova bildirib.

Sentyabrın 21-də “Xəzəri qoruyaq şüarı” altında Buzovna çimərliyində keçirilmiş aksiyaya maksimum sayda iştirakçı cəlb olunub. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunublar. Hər il çimərlik mövsümünün sonunda gənclərin, “Bakcell” və digər şirkətlərin əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir.

Korporativ sosial məsuliyyətli şirkət olan “Bakcell” bu hərəkata qoşulan ilk mobil operator kimi ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.