logo

İran Britaniyaya məxsus gəmini azad edib

17:49 23-09-2019 | icon 2681
İran Britaniyaya məxsus gəmini azad edib

İran Böyük Britaniyaya məxsus neft tankerini azad edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi məlumat yayıb. O qeyd edib ki, məhkəmə araşdırması başa çatıb və Böyük Britaniyanın “Steno Impero” neft tankeri azad edilib. Hökumət nümayəndəsi gəmiyə qarşı hansı cəzanın kəsildiyi barədə heç nə deməyib.

Xatırladaq ki, 2 ay əvvəl Britaniyanın Sahil Mühafizə Qüvvələri İrana məxsus neft tankerini Hibraltarda həbs etmişdi. Bir neçə gün sonra İran da Britaniyaya məxsus gəmini Hörmüz boğazında həbs edib. ABŞ-ın etirazlarına baxmayaraq, 10 gündən sonra Britaniya məhkəməsi İran tankerini azad edib. Bu gün isə İran Britaniyaya məxsus gəmini azad edib.