logo

Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək

15:16 23-09-2019 | icon 2632
Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək

Dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə OPEC məlumat yayıb.

Qeyd edək ki, dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin (“OPEC plus”) Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.

Xatırladaq ki, ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.