logo

Gürcüstan-Azərbaycan dövlət  sərhədinin müzakirəsi başlayıb

13:50 23-09-2019 | icon 2310
Gürcüstan-Azərbaycan dövlət  sərhədinin müzakirəsi başlayıb

Bu gün Tbilisidə Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə ekspert komissiyasının ikinci görüşü başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş çərçivəsində hər iki ölkənin komissiyalarını təmsil edən ekspertlər Gürcüstan-Azərbaycan dövlət sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçirəcək və geodezik tədqiqat işləri aparacaqlar.

Ekspertlərin sahələr üzə işi sentyabrın 27-nə planlaşdırılıb. Daha sonra mütəxəssislərin işi baxılması üçün delimitasiya və demarkasiya komissiyasının növbəti iclasına təqdim olunacaq. Komissiyanın növbəti görüşü Tbilisidə yaxın zamanlarda keçiriləcək. Toplantının dəqiq keçirilmə tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Qeyd edək ki, avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin ilk işçi görüşü keçirilib.

Xatırladaq ki,Azərbaycan prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf XələfovKİV-ə müsahibəsində delimitasiyanın tezliklə başa çatmalmasının hər iki ölkə üçün vacib məslə olduğunu deyib:"Komissiyalar 1996-cı ildən fəaliyyət göstərir. Bu dövr ərzində sərhəd xəttinin üçdəiki hissəsi demək olar ki, komissiyalar səviyyəsində razılaşdırılıb, protokollaşdırılıb. Üçdəbir hissəsi ilə bağlı işlər isə davam etdirilməlidir”.